Tula vilayətinin sakini ona xəyanət edən həyat yoldaşından məhkəməyə şikayət edib və ondan vurduğu mənəvi ziyana görə 500 min rubl məbləğində kompensasiya tələb edib.
Mynews.az musavat.com-a istinadən bildirir ki, adi açıqlanmayan qadın Suvorov rayon məhkəməsinə müraciət edərkən bildirib ki, əri ona uzunmüddətli nikahdan kənar münasibəti barədə etiraf edib, üstəlik, bu xəyanətdən uşağı olduğunu da deyib. Bunu deyəndən sonra isə qadından boşanıb.
İddiaçı isə bildirib ki, xəyanət xəbərini öyrənəndən sonra fiziki və mənəvi iztirablar yaşayıb. Bu olaydan sonra onda ürək ağrısı, başgicəllənməsi, yuxusuzluq yaranıb. Eyni zamanda qadın təlaş və qorxu hislərindən də uzaqlaşa bilmir. Sübut qismində qadın əri atandan sonrakı üç ay müddətində müalicə aldığı xəstəxanalardan əldə etdiyi arayışları göstərib. İşə isə Suvorov rayon Məhkəməsində çalışan yeganə qadın hakim baxacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub