İranın Xuzistan əyalətində xalq ayaqa qalxıb.
"Ölkə.Az" xəbər verir ki, qum fırtınasından sonra elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Xalq meydanlara axışıb. Rəsmi Tehran bölgədə interneti qadağan edib və İran İslam İnqilabı Keşikçilərinin əsgərləri xalqa müdaxilə edib. Bu isə toqquşmaya səbəb olub.
Qum fırtınası səbəbindən ərazidə maska taxmadan küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Ağ ciyər çatışmamazlığı və nəfəsalma probleminə görə bir çox sakin xəstəxanalara yerləşdirilib. 11 rayonda məktəblər və rəsmi dövlət idarələri tətilə buraxılıb.
Rejimi qorumaq üçün xalqa sərt müdaxilə etmək istəyən İnqilab Keşikçiləri toplaşan qrupu dağıtmaq istəsə də, yerli sakinlər tərəfindən döyülüb. Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub