Ankarada axşam saatlarında evlərinə gedən ailəyə silahlı hücum edilib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ankarada şəxsi avtomobilləri ilə evlərinə getmək istəyən ər-arvad qabaqlarını kəsən naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.
Məlumata görə, 06 DTF 98 dövlət qeydiyyat nişanlı maşınları ilə evlərinə gedən Gökay İ. ilə həyat yoldaşı Hilal İ. öldürülüb. Cinayətkarlar hadisə yerindən qaçaraq izi itirməyi bacarıblar. Silahlı hücum zamanı cütlüyün uşaqlarının da maşında olduğu məlum olub. Cütlüyün Ayça adlı azyaşlı qızı isə polis tərəfindən nəzarətə götürülüb.
Polislər hadisə yerində araşdırma aparıblar. İstintaq davam edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub