Tayvanda qəza törədən qadın, maşından çıxararkən başı üstə yerə düşən körpəsini qoyub itini xəstəxanaya apardı. Körpə, beyin qanamasından komaya girdi.
Lin adlı qadın, maşını park etmək istəyərkən maşını elektrik dirəyinə vurub və qəza törədib. Qəzadan sonra körpəsini maşından çıxarıb getmək istəyərkən uşaq əlindən yerə düşüb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ana, başı üstə yerə düşən körpəsini yanında olan rəfiqəsinə əmanət edib və itini götürüb sürətlə xəstəxanaya gedib. Daha sonra hadisə yerinə gələn təcili yardım işçiləri, körpə və ananın rəfiqəsinə ilk müdaxilə etdikdən sonra xəstəxanaya aparıblar. Körpənin vəziyyətinin ağır olduğu bildirilib.
Polis, ananın qəza anında sinəsindən zərbə aldığını və rəfiqəsinin həm körpəyə, həm də itə baxa bilməyəcəyini düşündüyü üçün uşağı rəfiqəsinin yanında qoyduğunu deyib.
Həkimlər körpənin komada olduğunu və əməliyyat olunacağını bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub