Böyük Britaniyada sosial şəbəkələrədə həddindən artıq nifrət dolu islamofob məzmunlu materiallar paylaşan təqaüdçü yaxalanıb.
Moderator.az Ukrayna mediasına istinadla yazır ki, 63 yaşlı Erik Kinqin paylaşdığı video-çarxlardan birində naməlum kişi müqəddəs Quranın üzərinə (əstəğfürullah!) təbii ehtiyacını ödəyir. Digər video-yazıda isə o, özü “İslamı yer üzündən silməyə” və “bütün müsəlmanları qətlə yetirməyə” səsləyir.
Hüquq-mühafizə orqanları Kinqin islamofob fəaliyyəti haqda polisə müraciət edən yerli sakin vasitəsilə məlumatlanıblar. Ədalətli ingilis belə deyib: ”Məni Erik Kinqin belə nifrət dolu kampaniyası çox hiddətləndirdi. Müsəlmanlara qarşı bu aqressiv hədələr məni çox narahat edir. Axı onların arasında mənim dostlarım da var...”
Ağsaçlı islamofobun xarici görünüşü də əndrəbadidir. Onun üzünə xaç şəkilli döymələr çəkilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub