Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək.
Mynews.az xəbər verir. ki, gizli səsvermənin ilk turu bu gün baş tutacaq.
Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.
Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.
Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.
İŞ tərəfindən təyin olunan namizəd 10 noyabrda təsdiq ediləcək.
Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacaq. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub