Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, səfərdə dövlət başçısını baş nazirin müavini Fikri Işık, Silahlı Qüvvələrin Baş Qərargah rəis Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Avropa İttifaqı üzrə nazir və baş müzakirəçi Ömer Çelik, ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki, iqtisadiyyat naziri Nihat Zeybekci, nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan, meşə və su işləri üzrə nazir Veysel Eroğlu, qida, kənd təsərrüfatı və heyvandarlıq məsələləri üzrə nazir Ahmet Eşref Fakıbaba müşayiət edirlər.
R.T.Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısına qatılacaq, ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək, ikitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.
Səfər zamanı Türkiyə ilə Ukrayna arasında strateji əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan müxtəlif müqavilə və protokollar imzalanacaq.
Türkiyə prezidenti Ukrayna parlamentinin sədri Andrey Prubiy və baş nazir Vladimir Qrosmanla ayrı-ayrılıqda bir araya gələcək.
R.T.Ərdoğan Ukrayna rəsmiləri ilə görüşdə Krım məsələsi və Krım türklərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq.
Onun Ukraynadakı Türkiyə vətəndaşları ilə görüşü də nəzərdə tutulub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub