Cənubi Koreyanın prezidentinin səlahiyyətlərini yerinə yetirən, ölkənin baş naziri Xvan Ge An bəyan edib ki, Kim Çen Inın qardaşı Kim Çen Namın qətlinin arxasında “dəqiq” Şimali Koreya hakimiyyəti durur.
Mynews.az -ın məlumatına görə, bu barədə “Renxap” məlumat yayıb.
“Əgər Malayziya hakimiyyətinin (Kim Çen Namın qətli ilə əlaqədar) bəyanatını və digər məlumat və hadisənin fraqmentlərini üst-üstə gəlsək, Şimali Koreya rejiminin qətlin arxasında durduğunu anlayarıq”, - Xvan Ge An bəyan edib.
Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən baş nazir qətli yolverilməz cinayət aktı adlandırıb və beynəlxalq ictimaiyyəti Pxenyandan bu terror aktı üçün təzminat ödəməyə məcbur etməyə çağırıb.
Bundan başqa, Xvan Ge An KXDR tərəfindən digər təxribatlara da hazır olmağa çağırıb.
Daha öncə internetdə Kim Çen Nama hücum anının əks olunduğu ehtimal edilən video yayılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub