“Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qəbul edilən qərar ABŞ-a yaraşmayan davranışdır. Bu, müttəfiqlik münasibətlərinə zidd addımdır. Hisslərlə verilmiş qərarlarla dövlət idarə edilməz”.
Mynews.az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Böyük Millət Məclisindəki qrup yığıncağında deyib.
Baş nazir qərardan çox təəssüfləndiyini dilə gətirib və bildirib ki, dövlətlər arasındakı problemlər danışaraq həll edilməlidir: “Ölkələr arasında davamlı düşmənlik olmaz. Bunlar müttəfiq dövlətlərdirsə, bu cür qərar verib, vətəndaşları cəzalandırmaq ABŞ kimi böyük bir ölkəyə yaraşmaz və bu davranış problemin həllinə heç bir yardım göstərməz. Buna görə ABŞ-ı daha sağlam düşünməyə çağırıram”.
B. Yıldırım ABŞ-ı FETÖ terror təşkilatının rəhbəri Fətullah Güləni hələ də bəsləməkdə ittiham edib: “Ölkəmizdə cinayət törətmiş biri haqqında hüquqi tədbirlər görmək üçün sizdən icazə almalıyıq?! Niyə hələ də Fətullah Güləni orada bəsləyirsiniz? Cinayət törətmiş şəxsin ABŞ hökumətinin işçisi olması ona heç bir üstünlük vermir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub