Antalyada məhkəmədə ifadə vermədiyi üçün polis bölməsinə aparılan jurnalist qız 25 yaşlı Tuğçe Saraç onu nəzarətə götürən 26 yaşlı polis serjantı ilə bir il sonra nişanlanıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, keçən il 23 oktyabrda Antalya Qəzetçilər Cəmiyyətinin təşkil etdiyi gəzintidən qayıdan və içərisində çoxlu sayda jurnalistin olduğu avtobus polis keçid məntəqəsində saxlanılıb. Kimlik yoxlanışı aparılan jurnalistlərdən Tuğçe Saraç əvvəl məhkəməlik olan bir məsələylə bağlı ifadə verməyə getmədiyi üçün avtobusdan düşürülərək bölməyə aparılıb.
Onu bölməyə aparan polis serjantı Yaşar Çamın da onun kimi Çorum bölgəsindən olduğunu öyrənən Tuğçe Saraç bir müddət söhbət edib. Təxminən 16 saat sonra sərbəst buraxılan Tuğçe Saraç Yaşar Çam ilə görüşməyə başlayıb.1 ay sonra sevgili olan cütlük ailələri də tanış olduqdan sonra evlənməyə qərar verib.


1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub