5 yaşı var, 16 yaşına çatıb - FOTOLAR

852
5 yaşı var, 16 yaşına çatıb - FOTOLAR

Avstraliyanın Uels əyalətində yaşayan 5 yaşlı Emili Doverin orqanizmi yetkinlik yaşına çatmış qızın orqanizminə bərabər səviyyədə inkişaf edir. Uşağın valideynləri son 1 il ərzində qızın fiziki görünüşündə sürətlə gedən dəyişikliklərin səbəbini öyrənmək üçün həkimə müraciət ediblər.

Publika.az "Mirror"a istinadən xəbər verir ki, 5 yaşlı Emili Doverin sinəsi yaşına görə həddən artıq böyükdür. Orqanizmində gedən dəyişikliklər səbəbindən tək sinəsi deyil, bədənin müxtəlif nahiyyələrində sürətli inkişaf gedir.

Yaşıdlarından fərqlənən Emilinin çəkisi 44 kq-dır. O ilk dəfə 4 yaşında menstruasiya olmağa başlayıb. Uşağın 5 yaşı olmasına baxmayaraq, orqanizmi yetkinlik yaşındakı qızın orqanizmini xatırladır.

Həkimlər uşağın "Addison" xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Böyrəküstü vəzin funksiyasının pozulması ilə müşahidə edilən xəstəlik orqanizmdə kortizol və aldosteron hormonlarının normadan artıq ifrazına gətirib çıxarır. Bu xəstəliyin müalicəsi uzun illər davam etməlidir.

Emili xarici görünüşü ilə yaşıdlarından fərqləndiyinin fərqində olsa da, bunun səbəblərini hələ başa düşmür.

Emilinin anası 41 yaşlı Temini Doverin sözlərinə görə, uşaq 10 aylığından sürətlə böyüməyə başlayıb:

"Qızımın uşaqlıqdan əlləri, ayaqları tez böyüyürdü. Çəkisi də hər ay normadan bir neçə kiloqram artıq olurdu. Emili 4 yaşında menstruasiya olduğu üçün artıq gigiyenik bezlərdən istifadə edir. 5 yaşı olsa da, o, 16 yaşlı qızın həyatını yaşayır".

 

Xəbər lenti