ABŞ prezidenti Donald Trampın birinci arvadı İvana yeni açıqlama verib.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, Trampın sabiq həyat yoldaşı intervyuların birində bildirib ki, ABŞ-ın birinci xanımı odur. İvana qeyd edib ki, hər zaman Ağ Evə zəng edə bilmə imkanı var. Amma o, bu imkandan istifadə etmir. Çünki telefona Melaniya cavab verə bilər.
Melaniya Tramp da bu ittihamları cavabsız qoymayıb. ABŞ-ın faktiki birinci xanımı bildirib ki, məhz onun səyləri nəticəsində Tramp ailəsi Vaşinqtonda ev əldə edib. İvananın bəyanatı isə özünüreklamdan başqa heç nə deyil.
Qeyd edək ki, bir müddət əvvəl Tramp arvadına anadan olduğu Çexiyada ABŞ-ın səfiri olmağı təklif edib. İvana isə bu təklifdən imtina edərək bildirib ki Amerikada onun ideal həyatı var.
1
Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs HƏBS OLUNDU
1312 dəfə oxunub
2
Ordumuzun əsgəri vəfat etdi
1308 dəfə oxunub
3
Bu şəxslər təltif edildi - ADLAR
1118 dəfə oxunub
4
Bakıda ana oğlunu öldürən şəxsi bağışladı
1104 dəfə oxunub
5
"Bolt"un sürücüsü müştərisinin kartından 5000 manat oğurladı
1103 dəfə oxunub