Serbiya hökumətinin birinci vitse-prezidenti və XİN başçısı İviça Daçiçtəntənəli şam yeməyi zamanı Türkiyənin prezidenti Tayyip Ərdoğan üçün türk dilində mahnı oxuyub.
Mynews.az-ın məlumatına əsasən, videokadrlardan vitse-prezidentin əlində mikrofonla Ərdoğanla yoldaşı Əminə, eləcə də, Serbiya prezidenti Aleksandr Vuçiçlə yoldaşı Tamaranın oturduğu masanın yanında dayanıb, "Osman Ağa" mahnısını oxuduğunu görmək olur.
Xatırladaq ki, Türkiyə prezidenti Serbiyada iki günlük səfərdədir. Ərdoğanın şərəfinə verilən təntənəli şam yeməyi zamanı Türkiyə və Serbiya liderləri bir-birinə hədiyyələr bəxş ediblər. Vuçiçə velosiped və şahmat, Ərdoğana isə ənənəvi Serbiya xalçası “çilim” hədiyyə olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub