Stiven Mnuçinin Oval Ofisdə, ABŞ prezidenti Donald Trampın qəbulunda and içdiyi mərasimdə aktrisa Luis Linton nişanlısını yalnız qoymamışdı.
ABŞ-ın maliyyə naziri Stiv Mnuçinin nişanlısının oynadığı açıq-saçıq səhnələr böyük əks-sədaya səbəb olub.
Şotland əsilli aktrisa Luis Lintonun son filmi "Intruder"də ("Dəvətsiz qonaq") rol aldığı yataq səhnələri başda "Daily Mail" olmaqla bir çox nəşrlərdə yayılıb.
ABŞ-da keçən ilin iyunundan yayımına başlanılan filmdə 35 yaşlı aktrisayla birgə məşhur müğənni Mobi də rol alır. "Daily Mail" Mobinin Tramp əleyinə açıqlamaları ilə tanındığını xatırladıb.
Xatırladaq ki, təxminən 400 milyon dollarlıq sərvəti olan, ABŞ-da maliyyə naziri postuna gətirilən ən zəngin adam kimi tarixə keçən sabiq bankçı və film prodüseri S.Mnuçin keçən həftə Ağ evdə and içərək rəsmən vəzifəsinə başlamışdı.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub