Rusiyanın Omsk vilayətində intihar etmək istəyən qadın təcavüzə məruz qalıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə 25 yaşlı qadının intihar etmək istədiyi yerə gedərkən baş verib.
Rusiya İstintaq Komitəsinin regional idarəsindən “Omsk” teleradio şirkətinə verilən məlumata görə, qadın əri ilə boşanmadan sonra intihar etmək qərarına gəlib. O, oktyabrın 10-da gecə saat 12:00 radələrində iki yaşlı uşağı nənəsinin yanına qoyaraq körpüyə gəlib.
Qadın yolda naməlum kişinin hücumuna məruz qalıb və zorlanıb. Bu, onun intihar etmək arzusunu artırıb. Lakin təsadüfən oradan keçən taksi sürücüsü onu fikrindən daşındırıb. O, qadını sakitləşdirərək polisə aparıb.
Müstəntiqlər zorlama üzrə cinayət işi qaldırıblar.
“Hazırda şübhəli axtarılır. Zərərçəkənlə psixoloqlar işləyirlər”, - Rusiya İstintaq Komitəsinin regional idarəsinin sədr müavini Larisa Boldinova deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub