Avstraliyanın qərbində dalğıc pələng köpək balığını görüntüləmək üçün suyun dərinliklərinə baş vurub.
Mynews.az xəbər verir ki, Timoti van Bilen (Timothy van Beelen) adlı dalğıc suyun altında köpək balığını çəkərkən qəfildən köpək balığının hücumuna məruz qalıb.
Dalğıcın üzərinə hücum çəkən köpək balığı son anda geriyə çəkilərək ona xəsarət yetirməyib. Dalğıcın sözlərinə görə, köpək balığının bu hərəkəti onu bir daha narahat etməməyim üçün bir xəbərdarlıq idi.
Pələng köpək balıqları insan həyatı üçün təhlükəli hesab olunan dəniz canlılarıdır. Orta hesabla onların uzunluğu 5 metrə, çəkiləri isə 635 kiloqrama qədər olur.
İlk dəfə çəkisi 1 tona, uzunluğu isə 6 metrə yaxın olan pələng köpək balığı Ginnesin Rekordlar Kitabına salınıb. (publika.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub