"Sputnik" xəbər agentliyinin türk dilində olan bölməsi, eləcə də, Türkiyənin “Hurriyet” qəzeti Antarktidada meydana gələn dəliyin böyüklüyü ilə bağlı xoşagəlməz müqayisə aparıb.
Mynews.az xəbər verir ki, qeyd edilən KİV-lərdə sahildən yüzlərlə kilometr aralıda yaranan dəliyin böyüklüyünün Azərbaycan ərazisi boyda olduğu vurğulanıb.
Yaranmış böyük dəliklə bağlı danışan Toronto Universitetinin professoru Kent Mur bu cür halların, adətən, qitənin sahilboyu ərazilərində meydana gəldiyini bildirib. Onun sözlərinə görə, peyklər olmasaydı, həmin dəliyin meydana gəlməsi barədə məlumat olmayacaqdı. Doktor həmin ərazidə 1970-ci illərdə də oxşar dəliyin yarandığını bildirib. K.Mur qeyd edib ki, o zaman texnoloji məhdudliyyətlər olduğundan, elm adamları araşdırma apara bilməyiblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub