Mynews.az Ölkə.az.-a istinadən xəbər verir ki, Axileş Kumar adlı kişi restoranda əyləşib sifariş verdiyi yeməyi gözləyirmiş. O, pəncərədən küçəyə baxanda kiçik bir oğlan uşağının yeməklərə baxaraq udqunduğunu görür. Oğlanın yanında isə ondan bir az böyük bacısı olub. Axileşin uşaqlara ürəyi yanır və onları masasına dəvət edir. Sonra baş verənlər isə onu heyrətə gətirib.
Uşaqları masasına dəvət edən Kumar onlardan nə yemək istədiyini soruşub. Uşaqlar isə Axileşin boşqabını işarə ediblər. Axileş də yediyi yeməkdən uşaqlar üçün sifariş edib.
Ac uşaqlar qısa müddətə yeməklərini yeyib, Axileşə təşəkkür edib restorandan çıxırlar. Kumar isə ofisiantdan hesabı istəyib. Hesab gələndə isə Axileş Kumar şok keçirib. Çünki kağızda rəqəm yox idi, sadəcə bir cümlə yazılmışdı: "Hamıya kömək etmək olmaz, amma siz bu gün bəşəriyyət üçün nəsə etdiniz. Siz ehtiyacı olana kömək etdiniz".
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub