Almaniyada yaşayan 18 yaşlı Kərim Ramazan Uçar dalaq əməliyyatı üçün getdiyi klinikada böyrəyinin çıxarıldığını iddia edir.
Mynews.az moderator.az-a istinadən xəbər verir ki, Anadolu Agentliyinə müsahibə verən Uçar irsi qan xəstəliyinin müalicəsi üçün müraciət etdiyi klinikada yalnışlıqla böyrəyinin çıxarıldığını bildirib.
O, dalağının çıxarılması üçün oktyabrın 4-də klinikaya gedib. Həkimlər ona bunun çox asan bir əməliyyat olduğunu deyiblər:
" Mənə iki gün sonra xəstəxanadan çıxacağımı bildirmişdilər. Ancaq əməliyyatdan sonra vəziyyətim daha da pisləşdi. Əməliyyatdan üç gün sonra öyrəndim ki, mənim dalağımı deyil, böyrəyimi çıxarıblar. Mən indi bundan sonra dalaq əməliyyatı olunmalıyam".
Gəncin atası Səlçuq Uçar yalnış əməliyyatla oğlunun səhhətinə ciddi ziyan vurduqlarını bildirərək klinikanı və həkimləri məhkəməyə verdiklərini deyib.
Klinikanın rəhbərliyi və əməliyyatı həyata keçirən həkimlər bu iddialara cavab verməyiblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub