Kanadalı ofisiant xanımla bağlı Facebook sosial şəbəkəsində müdafiə kampaniyası başlanıb. Kampaniyaya səbəb ofisiantı çalışdığı iş yerində dikdaban ayaqqabı geyinməyə məcbur etmələri və bunun sonucunda onun ayağının qanaması olub.
Mynews.az musavat.com-a istinadən bildirir ki, xanımın durumu ilə bağlı təəssüflərini bildirənlər onun çalışdığı restoranı boykot etməyə çağırıblar. "Joey" restoranlar şəbəkəsində çalışan xanımın fotolarını isə Nikola Qavins yayımlayıb. Bu, 11 min paylaşın və 412 şərhə səbəb olub. Ofisiant xanımın adı hələ tam açıqlanmayıb. Amma Nikola bildirib ki, ayağının qanamasına baxmayaraq, restoranda növbəti gün də ofisiantı dikdabanla gəzməyə məcbur ediblər. Ona daha rahat ayaqqabıda gəzməyə icazə verməyiblər. Qeyd olunur ki, müəssisənin siyasətinə uyğun olaraq, əməkdaşlar dikdaban ayaqqabı geyinməyə məcburdurlar.
Amma fotosu yayılan ofisiantın ayağı qanayıb və dırnağını itirib. Bununla belə restoranın meneceri ondan dress koda riayət etməsini tələb edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub