Qız qaçırma ölümlə nəticələndi.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankarada baş verib. Belə ki, qızın yaxınları onun qaçırıldığını görərək təqib ediblər. Tərəflər arasında atışma baş verib.
Qızın böyük qardaşı Əbdül-Qadir Doğanın silahından çıxan güllə qız qaçırılan maşının sürücüsü 4 uşaq atası Əkrəm Gəncə dəyib. Əkrəm Gənc hadisə yerində ölüb.
Polis hadisəylə bağlı 13 nəfəri saxlayıb. Daha sonra ifadə verən şəxslərdən birinin halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Bu zaman yenidən tərəflər arasında qarşıdurma baş verib və polis həlak olub. Həmçinin şübhəlilərdən ikisi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki 25 yaşlı Ömər Doğan öz qohumu 16 yaşlı R.D-nı qaçırmağa cəhd etmişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub