Ermənistan ordusunda hərbçilər arasında kütləvi dava olub.
Mynews.az-ın azvision-a istinadən məlumatına görə, bir qrup hərbi qulluqçu hərbi hissəni qanunsuz tərk edərək "Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olub. Təlim mərkəzində hərbi qulluqçular arasında yaranan münaqişə nəticəsində, iki nəfər bədən xəsarətləri alıb. Hazırda, cinayət işi Üçmüədzin rayon məhkəməsinə göndərilib.
Məlumata görə, Araqatsnot vilayətinin Araqatsavan kənd sakini Ermənistanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmət edən, baş leytenant Hrant Yeğiazaryana qarşı ittiham irəli sürüb. İttihamda, onun, 24 aprel 2017-ci ildə öz hərbi geyimini keçmiş hərbiçi yoldaşından götürmək məqsədilə, həmkəndlisi Smbat Mkrtçyanla birgə maşınla qanunsuz olaraq "Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olması bildirilir.
Bundan əlavə, Hrant Yeğiazaryanın sözügüdən təlim mərkəzi ərazisində həmin hərbi hissənin baş giziri Arman Sarkisyanla mübahisə edib. Mübahisə zamanı, Yeğiazaryan baş gizirə bədən xəsarətləri yetirərək, ona qarşı fiziki zorakılıq tətbiq edib.
Baş gizir də eynilə Hrant Yeğiazaryana qarşı zorakılıq tətbiq edib. Smbat Mkrtçyanın isə, baş leytenant Hrant Yeğiazaryanla birgə maşınla qanunsuz olaraq "Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olduğuna görə, ittiham irəli sürülüb. Nəticədə, onların hər üçünə qarşı cinayət işi açılıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub