Türkiyədə qorxulu anlar yaşanıb.
Mynews.az ölkə.az-a istinadla xəbər verir ki, İspaniyanın Barselona şəhərindən Türkiyənin İstanbul şəhərinə göndərilən bir karqo təhlükəli anlar yaşadıb. Belə ki, polis həmin karqodan şübhələnərək təqib edib və izləyib. Sonda isə alıcını müəyyənləşdirərək həbs edib. Karqo incələndikdən sonra xalq arasında "zombi dərmanı" adı ilə bilinən ‘Alpha PVP Hydrochloride’ adlı narkotik maddə olduğu bilinib.
Özəl telekanalların birində aparıcılıq edən Serkan O. paketin içində nə olduğunu bilmədiyini və İspaniyada bir yaxınının göndərdiyini bildirib. Dərhal həmin şəxs həbs olunub.
Sözügedən maddəyə aid görüntülər bir neçə gün əvvəldən sosial şəbəkələrdə və mediyada böyük rezonans doğurmuşdu. "Zombi"yə çevirən narkotik maddənin çox təhlükəli olduğu bildirilir. Rusiyada istehsal olunan bu narkotik vasitənin əlamətləri ilk olaraq ABŞ-da görünüb. Bunu istifadə edən bir şəxsin öz dostunun üzünün yediyi bildirilir. Bundan əlavə həmin maddə infarkta yol açır, tanımadığı adamlara hücum etdirir, beyinə hakim olur və s.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub