FETÖ lideri Gülənin mənəvi gəlini, yazar Elif Şafak Nyu Yorkda çıxışı zamanı maraqlı etirafı ilə diqqət mərkəzinə düşüb.
“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu günə qədər qaralama və damğalanma qorxusu ucbatından biseksual olduğunu insanların içində söyləyə bilmədiyini bəyan edib:
“Biz yazarlar həmişə hekayə dalınca qaçırıq. Amma susduğumuz, haqqında danışmadığımız mövzularla da maraqlanırıq. Məsələn, siyasi, mədəni və öz susqunluğumuzla. Mən hər zaman cinsi azlıqların haqları barədə yüksək səslə danışan, yazılar həsr edən biri oldum. Ancaq indi danışdıqlarımı hazırlayarkən biseksual olduğumu insanların içində danışmağa cəsarət göstərmədiyimin fərqinə vardım. Çünki qaralama, məsxərəyə qoyulma, nifrət və damğalamaların arxamca gəlməsindən qorxdum. Lakin kimsə durumun qarışıqlığı səbəbindən səssiz qalmamalıdır”.
Qeyd edək ki, uzun illər “Zaman” yazarı olan Elif Şafak Fətullah Gülənin mənəvi oğlu Eyüp Can ilə evli olub. Türkiyədə uğursuz çevriliş cəhdindən bir müddət öncə xaricə qaçıb. O, eyni zamanda 2005-2009-cu illərdə “Zaman” qəzetinin baş yazarı olub.
Gülənin gəlininin bu açıqlamasına ən maraqlı şərh isə məşhur yazar Oray Eğindən gəlib. O, “Elif Şafak bizim illərdən bəri bildiyimiz bir şeyi indi diqqət çəksin deyə açıqlayıb. Biseksuallığını gizlətməyinin səbəbi Türkiyə imiş. Deməli, papaqdan çıxarılacaq yeni dovşan qalmadığı üçün buna əl atdı ”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub