Bu kənddə dul qadın və aybaşı çağına gələn qızlar "kaftar"la cinsi əlaqəyə girməlidir - FOTOLAR

1149
Bu kənddə dul qadın və aybaşı çağına gələn qızlar "kaftar"la cinsi əlaqəyə girməlidir - FOTOLAR

Malavinin cənubunda yerləşən bəzi bölgələrdə ənənəvi olaraq qız uşaqları yetkinlik çağına gələndə, pul qarşılığında tutulan biri ilə cinsi münasibətə məcbur edilirlər.Bu cür pulla tutulan işçi onların dilində “Kaftar” adlandırılır.

Üstəlik qızlara bu təcavüzü “təmizlənmə” olaraq görürülər. Bu cür ənənə təcavüzü qanuniləşdirməklə yanaşı, cinsi yolla keçən xəstəlikləri də yayır.

Pul qarşılığında cinsi əlaqəyə girən kişilərdən biri

BBC-nin müxbiri Ed Butler Malavidə adıçəkilən işlə məşğul olan Eric Aniva adlı biri ilə görüşüb. Aniva gördüyü işdən qürurla danışıb.

BBC müxbiri yazır:

Eric Aniva ilə Malavinin cənubunda yerləşən Nsanje adlı bölgədə, üç otaqlı evdə görüşdüm. Anadangəlmə axsayan ayağı ilə qapını açan Anivanın əynində, çirkli bir köynək vardı. Məni sevinclə qarşıladı. Medianın ona qarşı diqqəti xoşuna gəlib deyəsən…Aniva bu kəndin ən məşhur “kaftar”larındandır. Malavinin cənubunda yaşayan bəzi tayfalarda, bu cür insanlar “təmizlik” işini pulla görür”

Dul qadın ərini torpağa tapşırmaq üçün “kaftar”la cinsi əlaqəyə girməlidir

Malavinin ürküdən adətlərindən biri də dul qadının, ərini torpağa tapşıra bilməsi üçün “kaftar”la cinsi əlaqəyə girməyə məcbur edilməsidir. Bundan başqa, qadın abort etdirirsə, “təmizlənmək” üçün bu cür adamla cinsi münasibətdə olmalıdır.

Tayfaların ən dəhşəti adəti isə yetkinlik yaşına çatan qızlarla bağlıdır. Belə ki, azyaşlı qızlar aybaşı dövrünə çatanda, təmizlənməlidirlər. Bunun üçün onlar 3 gün ərzində “kaftar”la münasibətə məcbur edilirlər. Bu şəkildə onların uşaq çağından, qadınlığa doğru addımladıqlarına inanırlar. Qızlar bunu rədd edərsə, ailələri və ya kəndin başına böyük fəlakətlərin gələcəyini, xəstəliklərin yayılacağını düşünürlər.

Eric Anivanın sözlərinə görə, daha çox məktəbli qızlara münasibətdə olur.

“Bəzən 12-13 yaşında olur. Amma mən daha böyüyünü seçirəm. Hamısı da mənimlə münasibətdən zövq alırlar. Qürurla deyirlər ki, baxın, əsl kişi budur” – deyə Aniva bildirib.

BBC müxbiri kənddə qadınlarla da görüşüb. Hər biri yaşadıqlarını nifrətlə xatırlayıb. Qadınların sözlərinə görə, kənddə bütün qızlar Aniva ilə münasibətə məcbur edilir.

Qadınlardan biri deyir:

“Əlimdən heç nə gəlmirdi, çarəsiz idim. Ana və atam üçün bunu etməyə məcbur qaldım. Əgər rədd etsəydim, ailəmi dəhşətli xəstəliklər gözləyirdi. Çox qorxurdum.

40 yaşlı “kaftar”ın iki arvadı var və nə işlə məşğul olduqlarını bilirlər

Aniva indiyədək 104 qadın və qız uşağı ilə pul qarşılığında münasibətdə olduğunu deyir. Bildiyinə görə, 5 uşağı var. Cinsi münasibətdə olduğu qadın və qızlardan neçəsinin hamilə qaldığını bilmir. Həmin bölgədə Aniva kimi 10 “kaftar” da var. Onlar 4 və ya 7 dollar qarşılğında cinsi əlaqəyə girirlər.

BBC müxbiri kənddə qızlarla görüşüb, onları AİDS virusunun gözlədiyini başa salmağa çalışıb. Qızlarsa qarşılığında “kaftar”ların ən təmiz insanlar olduğunu, onların xüsusilə seçildiyini bildirib.

BMT-nin açıqlamasına görə, Malavidə hər 10 insandan biri HİV virusunun daşıyıcısıdır.

Xəbər lenti