Ukrayna Radasının binasının ətrafında mühafizə gücləndirilib.
Mynews.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə deputat Mustafa Nayem məlumat verib.
“Bütün küçə boyu tikanlı məftil çəkilib. Ancaq xüsusi ayrılmış yerlərdən Konstitusiya meydanına girmək mümkündür. Parlament binasının ətrafında isə Milli qvardiya və iki cərgə polis düzülüb”, - deyə Nayem bildirib.
Xatırladaq ki, bu gün Kiyevdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin rəhbərliyi altında mitinq keçiriləcək. Mitinq zamanı M.Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentinə nail olmağı planlaşdırır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub