Ukrayna prezidenti Petro Poroşenko Ali Radaya deputatların toxunulmazlığı ilə bağlı Konstitusiyaya düzəliş olunmasını təklif edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi bu gün parlamentdə qeydə alınıb.
Qanun layihəsinin adına əsasən, Konstitusiyanın 80-ci maddəsinə dəyişiklik olunması təklif edilir, lakin sənədin mətni parlamentin rəsmi saytında hələ dərc edilməyib.
Konstitusiyanın 80-ci maddəsinə görə, Ali Radanın deputatları toxunulmazlığa malikdirlər, onlar səsvermənin nəticələri, parlamentdə və onun orqanlarında təhqir və ya böhtan istisna olmaqla, işlətdikləri ifadələrə görə hüquqi məsuliyyət daşımır, eləcə də, parlamentin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, saxlanıla və ya həbs edilə bilməzlər.
Sənəd qəbul ediləcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Qeyd edək ki, bu gün Kiyevdə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin və bir sıra müxalifətçi siyasətçilərin tərəfdaşlarının iştirakı ilə etiraz aksiyası keçiriləcək. Bununla əlaqədar Ali Radanın binası ətrafında ikiqat kordon yerləşdirilib, Kiyevin bəzi mərkəzi küçələri bağlanılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub