Haqqında uzaqlaşdırma qərarı olan ər boşanmaq istəyən həyat yoldaşını küçənin ortasında bıçaqlayıb.
Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, Bursada bir kişinin boşanmaq istəyən arvadını bıçaqlama anı təhlükəsizlik kameralarına düşüb.
Emine Y. (38) iki ildir ayrı yaşadığı əri tərəfindən bir müddət öncə təqib edilməyə başlanıb. Bundan sonra Emine Y. Cümhuriyət Başprokurorluğundan uzaqlaşdırma qərarı çıxartdırıb. Buna rəğmən, boşanmaq istədiyi əri Ümit Y. (42) bir neçə dəfə qarşısını kəsərək, danışmaq istədiyini söyləyib və təhdid edib. Ümit Y həftənin I gününün səhəri, boşanmaq istəyən həyat yoldaşı Emine Y.-nin işə getdiyi yolda gizlənib. Bir müddət gözlədikdən sonra oradan keçən Emine Y.-ni görüncə gizləndiyi yerdən çıxan Ümit Y. arvadına bıçaqla hücum edib. Qadın yaralı halda qaçmağa başlayanda Ümit Y. da əks istiqamətdə qaçıb. O anlar ərazidə olan təhlükəszilik kamerası tərəfindən anbaan qeydə alınıb.
Yaralı qadını görən vətəndaşlar təcili yardım çağırıblar. Olay yerinə gələn təcili yardım maşını ilə Bursa Dövlət Xəstəxanasına çatdırılan Emine Y. əməliyyat olunub. Polis kişini qısa zamanda tutaraq bölməyə gətirib.
Cütlüyün iki uşağı olduğu öyrənilib. Bıçaqlanan qadının qızı: "Səhər anam işə getdikdən sonra atama zəng etdim: "Hər şeyi sizin üçün etdim" dedi. Anama zərər verdiyini anladım. 3 aylıq uzaqlaşdırma qərarı vardı. Dünən mənə zəng edib: "Bu gün sizin üçün özəl bir gün deyilmi, ananızın doğum günü deyilmi?" dedi. Bunu etməyi planlaşdırıbmış" - ifadələrini işlədib.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub