ABŞ-ın Madison ştatından olan 59 yaşlı Stiven Pirus öz arvadını dəhşətli şəkildə qətlə yetirib. Cinayətin üstünü örtmək üçün isə cəsədi evə ataraq evi yandırıb.
Publika.az xəbər verir ki, planlaşdırılmış şəkildə həyata keçirdiyi cinayətə haqq qazandırmaq üçün Stiven "arvadım məndən onu öldürməyi xahiş etdi” deyib.
Cinayətin təfərrüatlarını danışan P.Stiven deyir ki, əvvəlcə onu huşunu itirənə qədər döydüm. Daha sonra evin zirzəmisinə salıb qapını bağladım: “Evdən çıxanda mətbəxdə qazları açıq qoydum ki, boğulsun. Lakin sonra fikrimi dəyişib evi yandırmaq qərarına gəldim".
Cinayəti araşdıran ABŞ polisi kişinin Olqa adlı rus qıza görə arvadını öldürdüyünü müəyyənləşdirib. 2 il əvvəl tanış olduqları məlum olan cütlük bu planı birlikdə hazırlayıblar. Polis onlara aid yazışmaları tapıb.
İstintaq bitənə qədər nəzarətdə saxlanılan Stivenin növbəti məhkəmə günü noyabr ayının 1-ə təyin edilib.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub