Suriyanın İŞİD terrorçularından azad edilmiş Rakka şəhərinin görüntüləri yayılıb.
Mynews.az-ın məlumatına görə, şəhərin xarabalıqlarının pilotsuz uçuş aparatından çəkilmiş videosunu "CNN" nümayiş etdirib.
Videodan görünür ki, küçələr boşdur, binalar tam və yarımdağılmış vəziyyətdədir.
"Paradise Square" meydanında Bəşər Əsədə müxalif olan Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) avtomobilləri hərəkət edir.
Bundan başqa, görüntülərdə şəhərin mərkəzində yerləşən, terrorçuların sonuncu dayaq məntəqəsi olan stadion və hospital binası da yer alıb.
Qeyd edək ki, oktyabrın 17-də İŞİD-in "paytaxt" elan etdiyi Rakkanın terrorçulardan azad edildiyi barədə məlumat yayılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub