Türkiyədə 32 yaşlı Azərbaycan əsilli Gürcüstan vətəndaşı H.İ. 550 min lirəlik avtomobil oğurluğuna görə saxlanılıb.
Mynews.az Оxu.Az-a istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl Beşiktaş bölgəsində baş verib.
Azərbaycanlı H.İ. türk A.Y. ilə birlikdə avtomobil kirayələmək üçün kirayə şirkətinə müraciət edib. 550 min lirə dəyərində "Range Rover"i 5 günlük kirayələsə də, sonra içərisindəki GPS cihazını söküb.
Avtomobilin kirayə müddətinin keçdiyini və onun yerini təyin edən cihazla əlaqənin itdiyini görən şirkət rəhbərliyi polisə müraciət edib. Məlum olub ki, avtomobili kirayə götürən şəxslər onu Şırnak vilayətinin Silopi bölgəsinə gətiriblər. Burada isə onu İraqa keçirmək üçün 500 dollar qarşılığında A.K. adlı şəxsə təslim ediblər. O, avtomobilə saxta nömrə taxaraq, İraqın Duhok bölgəsinə keçirmək üçün sərhəddə beş gün növbəyə dayanıb.
Avtomobil kirayə mərkəzinin sahibi Sinan Dəmirin polisə müraciəti əsasında əməliyyat başlanıb və polis Şırnakın Uludərə ərazisində sərhəddən keçmək istəyərkən, avtomobili saxlayıb. AVtomobili sərhəddən keçirmək istəyən şəxsdən başqa daha 3 nəfər həbs olunub. Polisdə ifadə verdikdən sonra təqsirkarlar sərbəst buraxılıblar. Cip isə sahibinə təslim edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub