ABŞ-ın Vircinia ştatında məscidə gedən 17 yaşlı qızın yolunu kəsərək təcavüz edib, öldürən qatilə edam cəzası istənilib.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, Darvin adlı şəxs restoranda yemək yeyən 15 müsəlman qızla dava edib. Qızlar daha sonra restorandan çıxıb məscidə doğru gedərkən Darvin avtomobili ilə qızları təqib edib və bir avtoparkda onlara hücum çəkib.
Tutduğu 17 yaşlı Hassaneni beyzbol taxtası ilə döyüb, maşınına sürüyən Darvin qızı zorladıqdan sonra öldürüb cəsədini bir gölə atıb.
Darvin qızlara hücum etdiyi ilk yerə geri dönərkən qızlardan biri onu tanıyıb, polisə xəbər verib. Saxlanılan qatil polisə qızı atdığı yeri göstərib. Polis qızın, sadəcə, müsəlman olduğu üçün hücuma məruz qaldığını söyləyib.
Darvinin vəkili Attorney Raymond Morrogh caninin edamının tələb edildiyindən başqa bir məlumat verməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub