Sevgilisini öldürüb cəsədini 5 saat avtomobildə "gəzdirdi" Qızımı çılpaq şəkilləri ilə təhdid edirdi - VİDEO

783
Sevgilisini öldürüb cəsədini 5 saat avtomobildə "gəzdirdi" Qızımı çılpaq şəkilləri ilə təhdid edirdi - VİDEO

Türkiyənin Qaziantep şəhərində ayrılmaq istədiyi 38 yaşlı iş adamı Cuma Pancarın lüks avtomobilində tapançayla başına atəş açılaraq öldürdüyü 31 yaşlı Arzu Gültekinin anası Yıldız Gültekin dəhşətli açıqlamalar verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Yıldız Gültekin iş adamının 3 illdir dini nikahla yaşadığı qızını çılpaq şəkillərini internetdə yaymaqla təhdid etdiyini söyləyib.

Hadisə dünən günorta saatlarında baş verib.

3 il öncə ortağı olduğu şirkətdə çalışarkən tanış olduğu və dini nikahla birlikdə yaşadığı Arzu Gültekin ilə restoranda görüşüb. 2 qızı anası Gültekinin ayrılmaq istədiyini söylməsi ilə aralarında mübahisə düşüb. Mübahisə zamanı ilk evliliyindən 3 uşağı olan Cuma Pancar Arzu Gülteki-in 10 yaşlı qızını maşınından düşürərək, qadınla birgə ərazidən uzaqlaşıb. Maşından yolda atılan qız uşağını görənlər polisə xəbər veriblər.

Avtomobildə baş verən mübahisə zamanı Pancar tapançayla Gültekinə atəş açıb. Arzu Gültekin başından aldığı iki güllə yarası ilə yerindəcə dünyasını dəyişib. 

2 saat sonra avtomobilin yeri müəyyən edilib. Saxlanılan maşında yanındakı cəsədlə 5 saat "gəzdiyi" məlum olan Cuma Pancar həbs edilib.

Arzu Gültekinin anası Yıldız Gültekin Cuma Pancarın 3 ildir birlikdə yaşadığı qızının çıplaq şəkillərini internetdə yayacağını söyləyib, təhdid etdiyini söyləyib. Yıldız Gültekin qızının Pancarla ortağı olduğu iş yerində çalışdığını və orada tanış olduqlarını bildirərək, bunları deyib:

"Çox işləmədi, təxminən 40 gün və orada tanış olmuşdular. Qızıma "Mən subayam. Səninlə evlənəcəm" deyirdi. Qızımı bu sözlərlə inandırıb, hətta qohumları ilə bizə də gəldi. Qızımı istədilər. Onun əmisi bizim köhnə qonşumuzdur. Biz də yaxşı insanlar olduğunu düşündük. Sorub soruşdurmadan qızımızı verdik, verdiyimiz gündən də işgəncə edib ona".

Xəbər lenti