Kiprdə diş müalicəsi üçün həkimə gedən 7 yaşlı bir uşaq sol gözünü itirib. Buna həkimin sol gözə səhv olaraq dərman tökməsi səbəb olub.
Mynews.az musavat.com-a istinadən bildirir ki, dövlət xəstəxanasında baş verən bu hadisə zamanı həkim dişləri dezinfeksiya edəcək dərmanı yanlışlıqla uşağın gözünə dağıdıb. Bütün cəhdlərə baxmayaraq, uşağın gözünü xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatının yazdığına görə, hadisə baş verən kimi xəstəxananın göz şöbəsinə müraciət edən uşağın ailəsinə orda da lazımi yardım göstərilməyib.
Daha sonra özəl bir xəstəxanaya aparılan uşağın ailəsinə bildirilib ki, uşağa vaxtında və lazımi səviyyədə müdaxilə olunsaydı, gözünü xilas etmək olardı. Haberturk.com saytı yazır ki, ailəsi həm diş, həm də göz həkimindən məhkəməyə şikayət edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub