ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlaması ilə diqqət mərkəzindədir.
Dekabrın 9-da 22 yaşını tamam edəcək gimnast məşqçi və həkimi tərəfindən zorlandığını deyib.
O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub. Ardınca məşqçiləri də 7 il onu zorlamaqda davam ediblər.
Maroni "Twitter" üzərindən verdiyi açıqlamasında 2012-ci ildə Londonda Olimpiya çempionu olmazdan az öncə Nassar tərəfindən zorlandığını vurğulayıb. Onun sözlərinə görə, həkimim müalicə adı ilə ona dəfələrlə təcavüz edib: "Mənə uçuşlardan öncə yuxu dərmanı verirdi. Bir dəfə onun hotel otağında oyandım. Yaponiyada yaşanan hadisədə isə guya məni müalicə etdiyini söylədi”.
Ötən il karyerasını bitirən gimnast Texas ştatında beynəlxalq təlim-məşq toplanışı zamanı zorlandığını da etiraf edib. O bildirib ki, həkim bunu ona "müalicə” adı ilə tətbiq edib: "Bu, müalicənin bir parçasıdır” deyirdi. Bütün yarışlardan öncə fürsət tapan kimi məni belə "müalicə” edirdi. Londonda qızıl və gümüş medal qazanmamışdan öncə məni zorladı. Onun ən böyük cinsi hücumuna isə Tokiodakı dünya çempionatından öncə məruz qalmışam”.
Maroni açıqlamasında məşqçilərinin də onu zorladığını açıqlasa da, onlar barədə danışmayıb. Onun çalışdırıcısı isə erməni Artur Akopyandır.
Qeyd edək ki, 3 ayrı uşaq pornoqrafiyası ilə bağlı məhkəməyə çıxan həkim həbs cəzası alıb. Həmçinin, 125-dən çox qadının şikayəti əsasında araşdırmalar davam edir. Yekun nəticə noyabrın 27-də açıqlanacaq. ///Apasport.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub