Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasını seçki haqqında qanunu pozmaqda ittiham edib.
Mynews.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, “Avropalı Gürcüstan” Partiyasının liderlərindən biri Giorgi Kandelaki brifinqdə deyib ki, hakim partiyanın Axalkalaki bələdiyyəsinə namizədləri arasında Ermənistan vətəndaşları var: “Gürcü Arzusu”nun Axalkalaki bələdiyyəsi üzrə namizədləri Karapet Paloyan, Eduard Elizyan və Edik Berikyan Ermənistan vətəndaşlarıdır. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşları seçkiyə qatıla bilməz. Hakim partiyadan həmin namizədləri geri çağırmağı tələb edirik”.
G. Kandelaki adları qeyd olunan şəxslərin Ermənistan vətəndaşı pasportlarının surətlərini təqdim edib.
“Gürcü Arzusu” məsələyə hələ münasibət bildirməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub