Türkiyə Böyük Millət Məclisində Plan və büdcə komisiyasının üzvləri bir-birinə girib.
A24.Az xəbər verir ki, millət vəkilləri Səlahəddin Beyribəy və Orhan Sarıbal bir-birilərinin üstünə hücum ediblər.
Plan və Büdcə Komissiyasında bəzi vergi qanunları ilə sərəncamlarda dəyişiklik edilməsinə dair müzakirələr aparılıb. Maliyyə Naziri Naci Ağbal, əlillərin məsrəfi 90 min lirəni keçməyən avtomobilləri aksiz vergisi ödəmədən almasını nəzərdə tutan maddəyə dair məlumatlar verib. Millət vəkili Orhan Sarıbal məsələyə müdaxilə edib. Bildirib ki, o pullarla 10 dənə Türkiyə qurmaq olardı.
“Məmləkətin borclarına baxın. 70 milyard dollarlıq özəlləşdirmə etmisiniz. Sizə miras qalıb? Hər şeyi satdınız, satmağa davam edirsiniz”- deyə millət vəkili əlavə edib.
Nazir və millət vəkili arasında gərginliyə digər millət vəkilləri də qoşulub. Ayağa qalxan Ədalət və İnkişaf Partiyasının Qars millət vəkili Səlahəddin Beyribey Orhan Sarıbala “Sən saçlarını daramağı öyrən. Sən gözünün çirki və saçlarını daramadan bura gəlirsən. Nə dediyimi başa düşdülər. Dünən tərbiyəsizlik etdin. Burnunla oynamaq nə deməkdir tərbiyəsiz? ”- deyə qarşılıq verib.
Orhan Sarıbal: “Daranmağa ehtiyacım yoxdur. Sənin ehtiyacın var. Saçlarım təbiidir. Heç kəsə də tərbiyəsizlik etməmişəm” cavabını verib.
Bir-birilərinin üstünə gedən millət vəkillərini həmkarları sakitləşdirib.