Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə edir.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, MSK-nın katibi Mikayıl Rəhimov və katiblik rəhbərinin müavini Həsən Kazımzadə Tbilisi şəhərində yerləşən üç seçki məntəqəsində səsvermə prosesini izləyiblər.
M.Rəhimov seçki prosesinin sakit şəraitdə keçdiyini deyib: “Səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər səsvermədə həvəslə iştirak edirlər”.
Onun sözlərinə görə, müşahidələrin nəticələri Gürcüstan MSK-da müzakirə olunacaq: “Axşam saat 23:00-da müşahidələrimizlə bağlı rəyimiz Gürcüstanın Mərkəzi Seçi Komissiyasına təqdim olunacaq”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub