Ana 10 yaşlı qızını çimərlikdə məşhur rejissorla tək qoydu, qız zorlandı FOTO

796
Ana 10 yaşlı qızını çimərlikdə məşhur rejissorla tək qoydu, qız zorlandı FOTO

Amerikalı prodüser Harvi Vaynşteyn qalmaqalından sonra, indi də ən populyar kinorejissorlardan biri, 84 yaşlı Roman Polanski ilə bağlı təcavüz iddiaları yayılmaqdadır.

Bu iddia ilə tanınmış rəssam Marianne Barnardçıxış edib. Rəssamın iddialarına görə Polanski ona 10 yaşı olanda təcavüz edib.

Vaynştaynla bağlı etiraflardan ilhamlanan rəssam illər sonra  təcavüzə uğradığını etiraf edib.

Mariannenin dediyinə görə, Polanski ona 10 yaşında çimərlikdə olarkən çılpaq halda fotosessiya etdikdən sonra təcavüz edib.

Kaliforniyadan olan Marianne hadisənin 1975-ci ildə baş verdiyini söyləyib.

"Anamla "Ted's El Rancho" restoranının yaxınlığındakı çimərliyə gəlmişdik. 10 yaşım var idi. Anam məni Roman Polanski ilə tanış etdi. Sahildə qayalıqlar var idi. Polanski onların üzərində mənim şəklimi çəkmək istədi. Mənim əynimdə bikini var idi. Anamın yanımda olduğunu düşünərək razılıq verdim. O, dəri gödəkçəni çiynimə atıb, pozalar verməyimi istədi. Bunun model fotosessiyası olduğunu düşünürdüm.

Polanski fotosessiya zamanı bikinimin üst hissəsini çıxartmağı istədi. 10 yaşım olduğuna və çox vaxt çimərlikdə büsqaltersiz gəzdiyimə görə narahatlıq hissi keçirmədən bikinimin üst hissəsini çıxartdım.

Lakin bir neçə dəqiqə sonra o, tamamilə soyunmağımı istədi. Özümü çox narahat hiss edirdim. Bir anda ətrafa baxanda anamın orada olmadığını gördüm. Anam çoxdan getmişdi. Həmin anda Polanski mənə təcavüz etdi".

Rəssam etirafında qeyd edib ki, təcavüz hadisəsindən sonra ciddi psixoloji problemlər yaşayıb.

Qeyd edək ki, bir müddət əvvəl 61 yaşlı alman aktrisa Renate Lanqer 15 yaşı olanda R.Polanskinin təcavüzünə məruz qaldığını söyləyib.

///Milli.Az

Xəbər lenti