Xarkov şəhərində avtomobili ilə 6 nəfərin ölümünə səbəb olan qəzanı törədən Alyona Zaytsev barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Yenicag.az xəbər verir ki, məhkəmə Ukraynanın tanınmış oliqarxı Vasili Zaytsevin qızının vəkillərinin ev dustağlığı ilə bağlı tələbini rədd edib.
20 yaşlı Alyona məhkəmədə çıxış edərək qəzaya görə məyus olduğunu bildirib. O, 6 nəfərin ölümünə görə üzr istəyib. Oliqarx qızı çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Alyona Zaytsev cari ildə 4 dəfə sürət həddini aşdığı, eləcə də işıqforun qırmızı işığına məhəl qoymadığı üçün 10 dəfə cərimələnib.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub