Türkiyənin Adana şəhərində şirniyyat mağazasına girən oğrunun hərəkəti marağa səbəb olub.
Mynews.az qaynarinfo-ya istinadən xəbər verir ki, Qocavəzir məhləsində yaşanan hadisə zamanı 17 yaşlı F.S adlı şəxs saat 05.00 radələrində şirniyyat mağazasına soymaq məqsədilə daxil olub. Şirniyyat yeyib qazlı su içəndən sonra kassadakı 250 türk lirəsini götürən F.S şirniyyat qutusunda mağaza sahibinə mesaj yazıb: "Növbəti dəfəyə daha çox pul istəyirəm"
Səhər iş yerini açan Mahmut Baylas oğrunun yazdığı mesajı görən kimi polisə müraciət edib və oğru 3 saat sonra həbs edilib. Bildirilir ki, F.S daha əvvəl də mağazaya oğurluq məqsədilə girib, lakin bu barədə polisə məlumat verilməyib. Soyğunçunun üstündən 123 türk lirəsi tapılıb. Həbs edilən şəxs yaşı az olduğu üçün polis idarəsinin uşaq şöbəsinə göndərilib və dərhal məhkəməyə çıxarılaraq həbs edilib.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub