ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib.
Report "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, "Fox Business Network"a müsahibəsində deyib.
Tramp "Twitter" hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. "Twitter"də yazmaq, sanki, çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm", - deyə o bildirib.
Ağ Ev rəhbəri "Facebook", "Twitter" və "Instagram"dakı hesablarını nəhəng platforma adlandırıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub