Rusiyanın Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən azərbaycan əsilli YHTDİ-nin (Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət inspeksiyası) əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb.
Mynews.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, Kərimov hadisə yerinə təsadüfən gəlib.
“Mən növbəm bitdikdən sonra evə gedirdim və alov gördüm. Yanğınsöndürənlərə zəng etdim, sonra şüşəni sındırıb içəri girdim. Orada qadın və kişi yatırdı. Onları oyadanda dedilər ki, evdə dörd uşaq da var”, - deyə Kərimov bildirib.
O bildirib ki, o vaxta qədər iki anbarı və hamamı da alov bürümüşdü. Polis uşaqların (2-7 yaş arası iki qız və iki oğlan) yatdığı otağa daxil olub və onları bir-bir çıxararaq, analarına ötürüb.
“Heç kimdən qorxum yoxdur. O an qorxu haqda düşünmürdüm. Lazımdırsa, demək ki, lazımdır. Bu, bizim işimizdir. Hər kəs ağlayırdı, valideynlər də, uşaqlar da. Onlar hələ də şokdadırlar”, - deyə polis bildirib.
Rusiya mətbuatı isə yazır ki, əgər polis əməkdaşı işdən 15 dəqiqə gec çıxsaydı, ev tamamilə yanmış olacaqdı. Hazırda YHTDİ-də B.Kərimovu mükafatlandırmaq üçün sənədlər hazırlayırlar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub