Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.
Məktəb direktorunun qərarını qanunsuz hesab edən bəzi müəllimlər də D. Kezuanın müdafiəsinə qalxıblar. Onlar D. Kezuanın işə bərpa olunmasını tələb ediblər.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin bu gün dərs prosesinin sonunda məktəb direktoru Mariam Tavartkiladze ilə bağlı qərarı açıqlayacağı gözlənilir. Nazirliyin Audit idarəsi M. Tavartkiladzenin fəaliyyətini araşdırıb. Yayılmış məlumata əsasən, məktəb direktoru vəzifədən getmək barədə qərar qəbul edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub