RT kanalının çəkiliş qrupu Suriyanın azad edilmiş Al-Mayadin şəhərinin sakinləri ilə danışıb.
Publika.az bildidir ki, şəhər Rusiya hərbçilərinin dəstəyilə Suriya ordusu tərəfindən rekord müddətə azad edilib. Sakinlərin çıxışlarına görə, İŞİD terrorçuları onların evlərini yağmalayır, qadınları özləri ilə aparır, uşaqları döyür və ələ keçən kişilərə işgəncələr verirdilər.
Yerli sakinlər artıq demək olar ki, 10 gündür ekstremist qruplaşma tərəfindən döyülməkdən, alçaldılmaqdan qorxmadan yaşayırlar. Onlar gördüyü, yaşadığı cəhənnəm əzabı haqda RT çəkiliş qrupuna danışıblar.
"Terrorçular bütün dövlət mülkiyyətini ələ keçirmişdilər. Mən dövlət qulluqçusuyam, onlar mənim də evimi tutmuşdular. Bizim qonaq otağımızı qərargaha çevirmişdilər və ora qadınları doldurmuşdular, onları girov kimi saxlayırdılar”, - yerli sakin qeyd edir.
Daha sonra sakin bildirib ki, əsir qadınlar arasında yalnız yerli sakinlər deyildi, həm də başqa məntəqələrdən tutulan qızlar da var idi: "Onları oğurlayır və özlərinə arvad edirlər".
Zorakılıq balaca uşaqların gözləri qarşısında baş verirdi. Oğlanlardan biri kanala bildirir ki, müdaxilə edə bilməsinlər deyə, terrorçular onları qəfəsə salır, gözləri önündə qadınları alçaldırdılar.



1
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1359 dəfə oxunub
2
Milli Məclisin növbəti plenar iclası başladı
1351 dəfə oxunub
3
Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR
1341 dəfə oxunub
4
"Dominos Pizza"da 5500 manatlıq oğurluq
1335 dəfə oxunub
5
Azərbaycana yaz fəslinin gələcəyi vaxt AÇIQLANDI
1333 dəfə oxunub