Qaziantepdə təxminən 3 ay öncə məruz qaldığı silahlı hücum zamanı dünyasını dəyişən Ali Çelikin (49) ona olan təklifi qəbul etmədiyi üçün öldürüldüyü ortaya çıxıb.
Mərhumu qətlə yetirənlər Ali Coşkun, oğlanları Celalettin, Mehmet və qardaşı Seyfettin Coşkun ilə qardaşı oğlu M.C. (17) haqqında "əlbir olaraq qətlə yetirmək" iddiası ilə barələrində cinayət işi açılıb.
Təqsirləndirilən Ali Coşkunun qızı Meryemin Ali Çelikin oğlu Mehmet ilə qaçdığına görə, "Coşkunun, Çelikin qızını oğluna verəcəyi təqdirdə barışmağı qəbul edəcəyini" söylədiyi haqda məlumata yer verilən iddianamədə şübhəlilərin Ali Çelikin təklifi rədd etməsindən sonra namus bəhanəsiylə öldürmək planı qurduqları açıqlanıb.
Şübhəlilərin Ali Çeliki öldürmək üçün iki həftə təqib edərək plan qurduqları qeyd edilən iddianamədə olay günü bazardan qayıdan Çeliki Ali Coşkun ilə oğlu Mehmetin tüfənglə qətlə yetirdikləri qeyd edilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub