Qızını yataqda yad oğlanla tutan atadan İNANILMAZ “DƏRS”

1928
Qızını yataqda yad oğlanla tutan atadan İNANILMAZ “DƏRS”
Rusiyada 17 yaşlı qızının öz evində yad oğlanla çılpaq vəziyyətdə yatdığını görən ata maraqlı bir üsula əl ataraq hər kəsə böyük “dərs” verib. 
 
Ata başına gələn hadisə haqqında bunları danışıb:
 
"Bir səhər evə gələndə gözləmədiyim bir səhnəylə üzləşdim. 17 yaşlı qızım salonumuzda tanımadığım bir oğlanla birlikdə yatmışdı. Hiss olunurdu ki, axşamdan yatıb qalıblar. Səs etmədən, sakitcə səhər yeməyini hazırladım, üst mərtəbəyə çıxıb, həyat yoldaşımı, oğlumu və kiçik qızımı oyatdım, səs salmadan aşağı düşmələrini söylədim. Ailəvi masaya oturduq. Nahar süfrəmiz qızımla oğlanın yatdıqları divanın düz qarşısındaydı. Birdən "Cavan oğlan!"-deyə qışqırdım. Həyatımda heç bu qədər sürətli oyanan birisini görməmişdim. Səs tonumu dəyişmədən "Yemək hazırdır!”- dedim. Yanıma bir stul çəkib, "Otur" dedim. Oğlan oyandığı sürətlə də tələsik geyindi və gəlib masaya gəlib oturdu. Oğlum qollarını onun çiyninə qoydu, içini çəkdi, gözlərinin içinə baxdı və başını buladı. Oğlanın gərginliyi daha da artdı. Gərginliyini aradan qaldırmaq üçün "Bax dostum, indi sənə çox mühüm bir sual verəcəyəm və verəcəyin cavab sənin üçün çox əhəmiyyətlidir" dedim. Oğlan artıq tərləməyə başlamışdı. Soruşdum ki, "Pişikləri sevə bilərsənmi?”
 
O, çox cazibədar və gülər üzlü bir adam idi. Təhsilsizdi, amma axmaq deyildi. Qəribə biriydi. Qızım da onun çox yaxşı birisi olduğuna dair mənə zəmanət verdi, artıq bir aydır tanıdığını dedi. O gündən sonra həmin oğlan hər gün bizə gəldi, amma gecə heç vaxt qalmadı. Hər səhər velosipediylə qızımı məktəbə qoyur, məktəbdən çıxanda da evə gətirir, tapşırıqlarını yerinə yetirdiyinə əmin olub gedirdi. Biz evdə olmayanda qızım xəstələndiyi zaman o qulluq etdi. Hər zaman qızıma qayğı göstərdi. Qızımın zaman-zaman etdiyi şıltaqlıqları belə şəfqətlə qarşıladı. Oğlanın ailəsi, təhsili və daimi bir işi yox idi. Ancaq qızım onu çox sevirdi, o da qızımı.
 
8 ay sonra oğlum yanıma gəldi. Onun haqqında araşdırmışdı. Evsiz olduğunu, atasının intihar etdiyini, narkoman anasının isə hadisədən 3 həftə sonra çıxıb getdiyini öyrənmişdi. Sən demə oğlan 15 yaşından sonra 3 ildir küçələrdə yaşayırmış, parklarda yatırmış. Tikinti işlərində çalışırmış. Hazırda 18-19 yaşlarındadır, amma uşaqlığını yaşaya bilməyib. Bütün bunlara baxmayaraq qızımı xoşbəxt edən çox kübar bir uşaqdı. Bundan gerisi bizi maraqlandırmırdı da heç. Biz ancaq onların xoşbəxt olmasını istəyirdik. Artıq bir işi vardı və bizə gəlmədiyi zaman onun üçün darıxırdıq. Dost olmasalar da övladımla dost oldular. Kiçik qızım ona çox güvənir və həyat yoldaşıma da ana kimi yanaşır. 
 
Oğlanın haqqında öyrəndiyimi həyat yoldaşım və kiçik qızıma da danışdım. Ağladılar. Danışarkən çox çətinlik çəkdim. Böyük qızım isə məni xəyal qırıqlığına uğratdı. Sən demə o onsuz da hər şeyi bilirmiş, sadəcə bizdən gizlədirmiş. Oğlanı sevidi deyə hər gecə getməsinə icazə verirmiş. Ancaq bizə demirmiş ki, axı hara getsin? Ertəsi gün oğlana evimizin açarını verdim. Hər axşam evdə gözlədiyimi söylədim. Bir neçə həftə ərzində boş otağımızı təmir edib, onunçün əşya almağa getdik. Əlindən hər iş gəlirdi, bacarıqlıydı. Tikinti işlərini sevirdi və öz işinin müdiri olmaq istəyirdi”.
 
Sonda qeyd edək ki, bu hadisə 2000-ci ildə baş verib. Hadisənin üzərindən 16 ildən çox vaxt keçib. Artıq həmin oğlanla qız ailəlidir, bu illər ərzində öz işlərini qura biliblər. Bu humanist düşüncəli babaya da 3 gözəl nəvə hədiyyə ediblər. 
 
Moderator.az

Xəbər lenti