Əl-Babda şəhid olan izmirli çavuş Ayhan Elmacının təzminatı və maaşı 3 yaşında ikən oğlunu tərk edən doğma anası, ögey anası və nənəsi arasında mübahisəyə səbəb olub.
Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, qanuna görə, şəhid haqları sənədlərdə onun anası olaraq qeydiyyatda olan ögey ana Zerrin Yılmaza çatıb. Bunu öyrənən doğma ana: "Ögey anası oğluma analıq etməyib. Haqq varsa, o da mənim haqqımdır", - deyərək məsələyə müdaxilə edib.
29 yaşlı şəhidin atası isə: "Pul doğma ananın haqqıdır", - deyə keçmiş arvadının tərəfini tutub. Ögey ana: "Oğlu şəhid olandan sonra övladı olduğu yadına düşüb", - deyərək doğma anaya sərt reaksiya verib. Bu əsnada daha bir şəxs pul uğrunda "mübarizə"yə qoşulub. Belə ki, çavuşun əsgərliyə gedənə qədər yanında qaldığı nənəsi bildirib ki, bütün pullar ona çatmalıdır: "Onun üzərində məndən başqa kimsənin haqqı yoxdur".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub