Bir Youtube kanalında yayımlanan görüntülərdə sevgilisi ilə birləşib güvənmədiyi rəfiqəsini sınayan qız gözləmədiyi bir hadisə ilə qarşılaşıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Kelsey adlı qadın Britney adlı rəfiqəsinin sevgilisi Samda gözü olduğundan şübhələnib. Kelsey ikisini bir araya gətirib sevgilisinin rəfiqəsi ilə baş-başa qalmağına şərait yaradıb və kənardan onları izləyib.
ABŞ-da baş verən bu ilginc olayın qəhrəmanları qısa zamanda internetdə gündəm olub.
Rəfiqəsi və sevgilisini gizli kamera ile uzaqdan izləyən Kelsey şübhələrində haqsız olmadığını anlayıb.
Rəfiqəsinin "Kaş ki, sənin kimi bir adam tapa bilsəydim, amma sən Kelsey ilə birlikdəsən" dedikdən sonra Sam: "Ondan ayrılmağı planlaşdırıram. Əgər ondan ayrılsam, mənimlə birlikdə olarsan" sualı ilə müraciət edib.
Sam bu an Britney ilə öpüşüb. Planının bu yerə gəlib çıxacağını ağlından keçirməyən Kelsey çox təəccüblənib.
Sevgilisi yanına gəlincə ona qarşı çox əsəbi olduğu görünən Kelsey ondan Britneylə niyə öpüşdüyünü və hətta iki dəfə ayaqlarına toxunduğunu xatırladıb.
Kelseyin sevgilisi: "Bu, sənin səhvindir, bunu özün istədin" deyib.
Bu olaydan sonra cütlüyün münasibətinin sona çatdığı qeyd edilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub