Din xadimləri qadınların öz selfi-fotolarını sosial şəbəkələrdə yaymasına qadağa qoyan fətva verib.
Mynews.az moderator.az-a istinadən xəbər verir ki, söhbət Hindistandan gedir.
Bu haqda sənədi Dar-ul-Ulyum Deaoband İslam seminariyası dərc edib. Fətvada deyilir ki, qadınların fotolarını internetdə paylaşması müsəlman əxlaqi normalarına ziddir. “Öz fotolarını Facebook,WhatsApp və s. internet şəbəkələrində yerləşdirməklə müsəlman qadınlar İslam və şəriət ənənələrini pozurlar. İslam qadınlara özünü yad, naməhrəm kişilərə bilərəkdən nümayiş etdirməyi qadağan edir”,-deyə sənəddə qeyd edilir.
Xatırladaq ki, hələ 2015-ci ildə Tailandın Mədəniyyət Nazirliyi qadınların sinə və digər cəlbedici nahiyələrini əks etdirən selfilər paylaşmasına rəsmi qadağa qoyub. Qərarda bu cür davranışların ölkə mədəniyyətinə mənfi təsir etdiyi qeyd olunub. Bu ilin iyununda isə Şri-Lanka hökuməti qatarların üzərində selfi çəkdirmək ucbatından onlarla gəncin həlak olması səbəbindən ictimai məkanlarda bu cür fotolar çəkilməsinə tam qadağa qoyub.
P.S. Ümumiyyətlə, “özüm” (“selfie”) mənasını verən mənasız selfi çəkmək dəbini yaymaqla beynəlxalq güclərin məqsədi ilk növbədə insanlarda özünə qapanmaq, özünəvurğunluq, eqoistlik hisslərini gücləndirməklə qarşıılıqlı ziddiyyətləri artırmaq, ikincisi, təhlükəli məqamlarda selfi çəkdirmək həvəsinə düşən gənclərin həlak olması yoluyla planet sakinlərinin sayını azaltmaq, üçüncüsü və ən başlıcası isə keyfiyyətli selfi çəkən mobil telefonları və s. belə dar düşüncəli adamlara satdırmaqla külli miqdarda para qazanmaqdır...
1
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1301 dəfə oxunub
2
Milli Məclisin növbəti plenar iclası başladı
1294 dəfə oxunub
3
Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR
1283 dəfə oxunub
4
"Dominos Pizza"da 5500 manatlıq oğurluq
1278 dəfə oxunub
5
Azərbaycana yaz fəslinin gələcəyi vaxt AÇIQLANDI
1276 dəfə oxunub